Polşa Rusiyanı hava məkanını pozmaqda ittiham etdi
Polşa Rusiyanı ölkənin hava məkanını pozmaqda ittiham edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Polşanın milli müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlama verib.
“İş o yerə çatıb ki, hava məkanı pozulub və Rusiya Federasiyasına məxsus obyektlər ölkəmizin hava məkanına daxil olub”, – nazir bildirib.
Qeyd edək ki, noyabrın 20-də Polşa hakimiyyəti ölkənin hava məkanının pozulması barədə məlumat yayıb. Səhər saatlarında Lyublin və Subkarpat voyevodalıqlarında hava həyəcanı elan olunub. Hökumətin Təhlükəsizlik Mərkəzi mümkün hücum təhlükəsi barədə xəbərdarlıq edib.Daha sonra mediada Ukrayna ilə sərhəddən 46 kilometr məsafədə yerləşən Novı-Lipovets kəndinə uçan naməlum obyektin düşdüyü barədə məlumatlar yayılıb.
Banu