Avropa Komissiyası sığınacaq hüququna görə Polşanı tənqid etdi
Polşanın miqrantlara sığınacaq verməkdən birtərəfli qaydada imtina etmək niyyəti ölkənin insan hüquqları üzrə öhdəliklərini pozmaq təhlükəsi yaradır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Avropa Komissiyasından (AK) “Politico” nəşrinə bildirilib
AK nümayəndəsi deyib ki, üzv dövlətlər sığınacaq verilməsi proseduruna çıxışı təmin etmək üçün beynəlxalq və Aİ öhdəliklərinə malikdirlər.
O, qeyd edib ki, onlar məsələnin Avropa həlli üçün işləməlidirlər: “Bu, Putin və Lukaşenkonun hibrid hücumlarına davamlı olacaq, dəyərlərimizə xələl gətirməyəcək."
AK nümayəndəsi bildirib ki, bu il təkcə Yaxın Şərq və Afrikadan ən azı 26 min insanın Polşaya sərhədi keçdiyi böhran göstərir ki, onlar Rusiya və Belarusun Acropanı öz dəyərlərindən, o cümlədən sığınacaq hüququndan istifadə etməsinə icazə verə bilməzlər, çünki bu, Avropaya qarşıdır və demokratik sistemləri sarsıdır.
Nəşr xatırladıb ki, Belarusun prezidenti Aleksandr Lukaşenko sığınacaq axtaranları öz ölkəsinə gəlməyə fəal şəkildə təşviq edir, Belarus güc qüvvələri isə onların Polşa sərhədinə gətirilməsinə kömək edir və onları geri götürməkdən imtina edir.
Xatirə SADİQ