Ukrayna və Rusiya meyit mübadiləsi etdi

Rusiya-Ukrayna müharibəsində həlak olmuş 909 ukraynalı hərbçinin cəsədi Kiyevə qaytarılıb. 

Apr 18, 2025 - 16:28
Ukrayna və Rusiya meyit mübadiləsi etdi

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Ukrayna KİV hərbi əsirlərin müalicəsi üzrə koordinasiya qərargahına istinadən məlumat yayıb. 

Meyitlər Ukraynanın Kuraxovski, Pokrovski, Baxmutski, Uqledarski, Luqansk, Zaporojjya, Sumı və Xarkov istiqamətlərindən, habelə Rusiya ərazisindəki morqlardan təhvil verilib.

Kiyev Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyinə görə minnətdarlığını bildirib.

“Hüquq-mühafizə orqanlarının müstəntiqləri Daxili İşlər Nazirliyinin ekspert qurumları ilə birlikdə mərhumun şəxsiyyətini ən qısa zamanda müəyyənləşdirəcək”, - deyə koordinasiya qərargahının telegram kanalında vurğulanıb. 

Rusiya Dövlət Dumasının deputatı, parlamentin hərbi əməliyyatlar üzrə koordinasiya qrupunun nümayəndəsi Şəmsail Saraliev RBC-yə bildirib ki, cəsəd mübadiləsi zamanı Moskva 41 rusiyalı hərbçinin meyitini qəbul edib.

Xatirə SADİQ