Sabiq prezidentliyə namizəd barədə xəbər yayıldı – Belarusda
Belarusda ilk dəfə həbsdə olan keçmiş prezidentliyə namizəd Viktor Babarikonun görüntüləri dərc olunub.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Naşa Niva” nəşri məlumat yayıb.
Babarikonun Novopolotsk həbsxanasındakı videoları və fotoları həm də həbsdə olan bloger Roman Protaseviçin kanalında da dərc olunub.
Qısa videoda Babariko öz əzizlərinə sıcaq sözlərini çatdırıb.
Nəşr qeyd edib ki, Babariko ilə iki ilə yaxın əlaqə olmayıb.
Xatırladaq ki, Viktor Babariko “Belgazprombank”ın keçmiş sədridir. 2020-ci ilin iyununda bankir seçkiyə namizəd kimi qeydiyyatdan keçməyə çalışarkən həbs edilib.
2021-ci ilin iyulunda Viktor Babariko 14 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ciddi rejimli koloniyada çəkir. Keçmiş siyasi məhbuslardan birinin dediyinə görə, 2023-cü ilin yaz və yay aylarında Babariko başqalarından tam təcrid olunmuş vəziyyətdə saxlanılıb.
Xatirə SADİQ
Viktor Babariko