Britaniya ABŞ-dən 20 milyard dollar tələb etmək niyyətindədir – “The Teleqraph”
Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Co Baydeni G7-nin daha böyük krediti çərçivəsində Ukraynaya 20 milyard dollar kredit ayırmağa çağırmağa hazırlaşır.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb.
Nəşr yazır ki, britaniyalı baş nazir bunun yeni seçilmiş president Donald Trampın vəzifəsinə başlamasından əvvəl həyata keçirilməsini istəyir.
Odur ki, Starmer gələn həftə Braziliyada keçiriləcək G20 sammitində iştirak edən ABŞ prezidenti Bayden ilə üzbəüz danışıqlar aparmağa çalışır.
Londonun lobbi fəaliyyətinin diqqət mərkəzində olan məqamlardan biri də G7 ölkələrinin – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-nin Ukraynaya yeni kreditlər verməklə bağlı vədlərini yerinə yetirməsidir.
G7 dünya liderləri iyun ayında Kiyevə 50 milyard dollar vəsaitin ayrılmasına razılaşmışdılar. Bu, qismən 2022-ci ilin fevralında tam miqyaslı işğaldan sonra Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən faizlər hesabına maliyyələşdiriləcək.
O zaman ABŞ həmin vəsaitin 20 milyardını özünün verəcəyini vəd edib. Ötən ay Amerika hakimiyyəti bildirdi ki, pullar bu il verilməsi üşün hazırlanır.
Britaniya hökumətinin insayderlərindən biri deyib ki, London bu vədin yerinə yetirilməsi naminə Baydenin “əl-ayağını tutmağa” hazırdır.
Qeyd edək ki, Starmerin G-20 sammiti çərçivəsində danışıqları hələ razılaşdırılmatıb və elan edilməyib. Amma Dauninq-strit və Xarici İşlər Nazirliyinin nümayəndələri Baydenlə ikitərəfli görüşün razılaşdırılacağını gözləyirlər.
Xatirə SADİQ