Rusiya XİN Trampı təkzib etdi - "Bizim xəbərimiz yoxdur"
"Fevralın 25-də Ər-Riyadda Rusiya və ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqların keçiriləcəyi gözlənilmir".
SAVASHMEDİA.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün iki ölkə arasında fevralın 25-də danışıqların ikinci raundunun keçiriləcəyini açıqlamışdı.
“Bunu təsdiq edə bilmərəm. “Ər-Riyadda heç bir görüş hazırlanmır”, - deyə Ryabkov jurnalistlərin sualına cavab olaraq deyob.
Oğuz