Rusiyaya qarşı sanksiyalar bir il müddətinə uzadıldı - Aİ Şurası

Avropa İttifaqı (Aİ) Şurası Krımın ilhaqına görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müddətini daha bir il uzadıb.

Jun 17, 2025 - 14:46
Rusiyaya qarşı sanksiyalar bir il müddətinə uzadıldı - Aİ Şurası

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında məlumat yerləşdirilib.

Bu məhdudiyyətlər 2014-cü ilin iyununda tətbiq edilib və onlara ilhaq edilmiş Krımda istehsal olunan məhsulların Aİ-yə idxalına, infrastruktur və ya maliyyə investisiyalarına və turizm xidmətlərinin göstərilməsinə qadağalar daxildir. Bundan başqa, Krım şirkətlərinə müəyyən mal və texnologiyaların ixracına və ya Krımda istifadəyə, xüsusən də nəqliyyat və enerji sahələrində, həmçinin neft, qaz və faydalı qazıntıların kəşfiyyatı və hasilatı üçün məhdudiyyətlər qoyulub. 

“Aİ Rusiya Federasiyası tərəfindən Krımın və Sevastopolun qeyri-qanuni ilhaqını tanımır və beynəlxalq hüququn pozulması kimi pisləməkdə davam edir”, - deyə press-relizdə bildirilir.

Rusiya Krımı 2014-cü ildə Ukrayna qanunlarına zidd olaraq keçirilən referendumdan sonra və rus qoşunları yarımadaya nəzarəti ələ keçirdikdən sonra ilhaq edib. 

Qərb ölkələri bunu beynəlxalq hüququn pozulması hesab edir. 

Xatirə SADİQ