Ukraynanın işğal olunmuş ərazilərində parad keçirilməyəcək
Rusiya tərəindən işğal olunmuş Sevastopolda təhlükəsizlik səbəbi ilə sovet-alman müharibəsində Qələbənin 80 illiyinə həsr olunmuş parad keçirilməyəcək.
SAVASHMEDİA.az “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Sevastopolun “qubernatoru” Mixail Razvojaev aparat iclasında bildirib.
“Məlum səbəblərə görə biz [bayram tədbirlərinin] cədvəlini dərc etməyəcəyik. Bu il Qələbə Paradı olmayacaq. Bu mövqe Müdafiə Nazirliyi ilə razılaşdırılıb”, - deyə separatçı qubernator əlavə edib.
Ukraynanın ərazilərini işğal etmiş separatçılar bildiriblər ki, 2025-ci ildə “DXR”, “LXR”, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində, yaxud Kerçdə də parad olmayacaq. Bu, əməliyyat şəraiti və təhlükəsizlik mülahizələri ilə izah olunub.
Rusiya KİV-i qeyd edib ki, 2023-cü ildən Sevastopolda Qələbə Günü ilə əlaqədar paradlar keçirilmir. Həmin il Rusiyanın Kursk və Belqorod vilayətlərinin yerli hakimiyyət orqanları da eyni qərarı qəbul ediblər.
Xatirə SADİQ