“Putini sülhə məcbur edəcək yeganə şəxs Trampdır” - Polşa prezidenti

“ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putini danışıqlar masasına oturmağa məcbur edə bilən yeganə şəxsdir”.

May 6, 2025 - 12:19
“Putini sülhə məcbur edəcək yeganə şəxs Trampdır” - Polşa prezidenti

SAVASHMEDIA.az xəbər verir ki, bunu Polşa prezidenti Andjey Duda “Politico” nəşrinə müsahibəsində deyib. 

Duda bildirib ki, o, şəxsən Ukraynadakı müharibəyə son qoymaq üçün amerikalı prezidentin Rusiyaya qarşı sanksiyaları sərtləşdirməsini israr edir.

“Amerika Rusiyanı müəyyən hərəkətlərə sadiq qalmağa məcbur etmək üçün müxtəlif iqtisadi alətlərdən istifadə edə bilər. Deməli, kimsə Vladimir Putini sülh bağlamağa məcbur edə bilirsə, bu Amerikadır, ABŞ prezidentidir”, - deyə Duda vurğulayıb.

Dudanın fikrincə, Putinlə son söhbətlərindən sonra Tramp “reallığı dərk edib” və Putinin fundamental maraqlarını əngəlləmək və Rusiyanın tələbləri yerinə yetirməsi üçün lazımi vasitələrə malikdir. Çünki Tramp rusiyalı həmkarının mövqeyinin necə olduğunu və müharibəni bitirmək üçün ciddi danışıqlara başlamağa nə dərəcədə hazır olduğunu görür. 

“Hesab edirəm ki, bu vasitələrdən bəziləri, xüsusən də müxtəlif iqtisadi alətlər çox radikal, çox sərt ola bilər. Amma əminəm ki, prezident Donald Tramp onları gerçəkləşdirmək iqtidarındadır”, - deyə Duda vurğulayıb.

Xatirə SADİQ