Mertsin komandasındakı nazir qadın Moskvada dünyaya gəlib - DW
Almaniyanın yeni kansleri Fridrix Mertsin nazirlərindən biri Moskvada doğulmuş qadın olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə DW məlumat yayıb.
Nəşr qeyd edir ki, söhbət Almaniyanın iqtisadi inkişaf naziri vəzifəsinə gətirilən Reem Alabali-Radovandan gedir.
Onun valideynləri İraqda siyasi təqiblərə məruz qaldıqlarından 1990-cı ildə Moskvaya mühacirət ediblər. Burada onların qızı Reem Alabali-Radovan dünyaya gəlib. Altı ildən sonra isə ailə Almaniyaya köçüb.
2021-ci ildə Alabali-Radovan Sosial-Demokrat Partiyasının üzvü, 2022-ci ildə isə Federal Hökumətin Miqrasiya, Qaçqınlar və İnteqrasiya üzrə komissarı olub. Həmin dövrdə 31 yaşı olan Alabali-Radovan Almaniyanın ən gənc dövlət naziri olub.
Xatirə SADİQ