Rusiya qisas almağa çalışdı, ərazisi raket atəşinə tutuldu - GECƏ DÖYÜŞÜ
Rusiyanın bu gecəyə planlaşdırdığı qisas əməliyyatı əks nəticə verir.
SAVASHMEDİA,az Rusiya və Ukrayna mənbələrinə istinadla xəbər verir ki, Ukrayna bir neçə istiqamətdə ruslara çətin anlar yaşadır.
Belə ki, Rusiyanın Bryansk şəhərinin hava limanında güclü partlayış səsləri eşidilib və görüntülər Rusiyanın Telegram kanalları tərəfindən yayımlanıb.
Ukrayna mediası Bryansk vilayətindən Ukraynaya qarşı ballistik raketlərin istifadə olunması təhlükəsinin yüksək olduğunu bildirib. Eyni zamanda, Rusiya mənbələri bölgə üzərində 4 pilotsuz təyyarənin məhv edildiyini yazıb.
Rusiya mətbuatı yazır ki, Ukrayna Odessadan Krımı Neptun raketləri ilə vurur. Raketlər Sevastopol istiqamətində uçur.
Məlumata görə, Ukrayna Silahlı Qüvvələri yarımada istiqamətində rekord sayda pilotsuz təyyarələr buraxıb (bəzi mənbələrə görə, 400 ədədə qədər).
Rusiya Krım və Sevastopolda qırmızı təhlükə səviyyəsi elan edilib.
Oğuz