"Biz Ukraynanı heç nəyə məcbur etmirik" - Rubio

ABŞ Ukrayna münaqişəsinə son qoymaq üçün heç kimi zorla nəyəsə razılaşmağa məcbur etmir.

Dec 19, 2025 - 23:14
"Biz Ukraynanı heç nəyə məcbur etmirik" - Rubio

SAVASHMEDİA.az xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio Dövlət Departamentindəki mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, ölkəsi, əksinə, Ukrayna və Rusiyanın qəbul etməyə hazır olduqları şərtləri müəyyən etməyə çalışır: "Qərarı ABŞ yox, Rusiya və Ukrayna verəcək. Bu, bizim oynamağa çalışdığımız roldur. Söhbət konkret bir razılaşmanı kiməsə tətbiq etməkdən getmir, əksinə, hər iki tərəfin nə gözlədiyini anlamaqdan gedir".

Rubio bildirib ki, ABŞ həm Rusiya, həm də Ukraynanın nəyə razılaşmağa hazır olduğunu və hər iki ölkəyə uyğun bir razılaşmanın əldə edilib-edilməyəcəyini müəyyən etməyə çalışır. O, bu cür əlaqələrin xeyli səy və vaxt tələb etdiyini vurğulayıb.

Aytən