“Putin tamamilə prinsipsizdir” – Almaniyanın daxili işlər naziri
“Rusiyanın prinsipsiz davranışı davam edən dezinformasiya kampaniyalarında və kiberhücumlarda əks olunur”
SAVASHMEDİA.az xəbər verir ki, bunu Almaniyanın daxili işlər naziri Nensi Fezer “Süddeutsche Zeitung” qəzetinə müsahibəsində deyib.
Almaniyanın Federal Kəşfiyyat Xidmətinin (BND) rəhbəri Bruno Kalın Rusiyanın hərəkətlərini “vicdansız” adlandırmasını nazir belə şərh edib: “Putin tamamilə prinsipsiz davranır”.
Nensi Fezer etiraf edib ki, 24 fevral 2022-ci il tarixi onun işində ən çətin gün olub. Gecə ona zəng gələn kimi dərhal nazirliyə gedib və böhran qrupu ilə baş verənləri müzakirə edib: “Bütün bunlar Almaniya üçün nə deməkdir? Ukrayna və rus mənşəli insanlar arasında sülh qalacaqmı? Hansı təhlükələr mövcuddur? Çıxış yolları hansılardır?”.
Qeyd edək ki, Qərb ölkələri dəfələrlə Rusiyanı sualtı kabelləri kəsməklə, hərbi obyektləri sabotaj etməklə və digər yolverilməz addımlarla onlara qarşı hibrid müharibə aparmaqda ittiham ediblər.
Rusiya tərəfi isə bütün ittihamları və şübhələri rədd edir.
Xatirə SADİQ