Lavrov AZAL təyyarəsini Rusiyanın vurmadığına işarə etdi - "Maraqlı məlumatlar var"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəsi ilə Azərbaycan arasında münasibətləri “etibarlı” adlandırıb.
SAVASHMEDİA.az-ın xəbərinə görə, rusiyalı nazir iki ölkə liderləri - İlham Əliyev və Vladimir Putin arasında qapalı mövzuların olmadığını deyib.
Lavrov əlavə edib ki, Rusiya və Azərbaycan yeni, qarşılıqlı fayda verəcək birgə layihələrin axtarışı üzərində intensiv işləyirlər.
Lavrov Rusiyanın hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulduğu iddia edilən AZAL təyyarəsinin qara qutularının tədqiqindən də danışıb. Mövzunu şərh edən nazir deyib ki, qara qutuların tədqiqi “çox maraqlı məlumatlar” veriblər.
“Moskva və Bakı istənilən mövzunu, o cümlədən təyyarə qəzası ilə bağlı məsələni həll edə bilər. Amma təhqiqatın sonuna qədər gözləmək vacibdir. Qara qutu məlumatları hazırda yayılan bir çox ehtimalları dəstəkləmir”.
Oğuz