“Ukrayna üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq” – Lavrov
“Biz indi Ukrayna adlanan ölkə və ya ölkənin hələ özünü müəyyən etməmiş hissəsi üçün təhlükəsizlik təminatlarını müzakirə etməyə hazırıq”.
SAVASHMEDİA.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu xarici işlər naziri Sergey Lavrov ölkə diplomatiyasının 2024-cü il üzrə fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib.
“Lakin Avropa konteksti üstünlük təşkil edəcək”, - deyə rusiyalı nazir əlavə edib.
O, Rusiya və ABŞ prezidentlərinin gələcək görüşünə olan marağı belə izah edib: “Sadəcə hamı başa düşməyə başladı ki, məsələ Ukraynada deyil, ondan bizim Rusiyanın Avropadakı təhlükəsizlik sistemindəki yeri kontekstində istifadə olunur”.
Nazir qeyd edib ki, liderlər arasında danışıqlar üçün meydanın təqdim olunması ilə bağlı çoxlu təkliflər mövcuddur.
Xatırladaq ki, nümaqişənin başa çatması üçün təhlükəsizlik təminatları Ukraynanın əsas tələbləri arasındadır. Bundan başqa əsas tələblər arasında nəzarət edilən ərazilərin NATO-ya daxil olması və itirilmiş regionlar üzərində Rusiyanın suverenliyinin tanınmasından imtina da var.
Ukrayna prezidenti Volodimir Zelenski izah edib ki, təminatlar elə olmalıdır ki, Rusiya qüvvələri bir daha Ukraynaya geri qayıda bilməsin.
Xatirə SADİQ