Putin "erməni soyqırımı"nı TANIDI - Müraciətin MƏTNİ

Rusiya Prezidenti Vladimir Putin “erməni soyqırımı”nın 111-ci ildönümünə həsr olunmuş anım tədbirlərinin iştirakçılarına müraciət ünvanlayıb.

Apr 25, 2026 - 23:48
Apr 26, 2026 - 00:10
Putin "erməni soyqırımı"nı TANIDI - Müraciətin MƏTNİ

SAVASHMEDİA.az xəbər verir ki, sözügedən müraciət Kremlin saytında dərc olunub.

Rusiya lideri müraciətində qondarma erməni nağıllarını “soyqırımı” adlandıraraq bütün Türk dünyasını qıcıqlandıracaq ifadələrdən istifadə edib:

Bu gün hamı “erməni xalqının soyqırımının yüz minlərlə qurbanının xatirəsi” qarşısında baş əyir. Bu hadisə XX əsrin ən dəhşətli faciələrindən biri hesab olunur. O dövrün təqib və repressiyaları ermənilərin bir çox nəsilləri üçün sağalmayan yara olub. İnsanlar öz ənənələrinə sadiqliyini nümayiş etdiriblər. Əminəm ki, bundan sonra da Ermənistanın oğul və qızları minilliklərə söykənən mədəniyyəti, milli kimliyi, azadlığı, dili və mənəvi dəyərləri qoruyacaqlar”.

Putin qeyd edib ki, bu “soyqırımı” sivil dünyanı sarsıdıb:

“Müdafiəsiz və günahsız insanların amansızcasına öldürülməsi, yaralanması, doğma kənd və şəhərlərindən qovulması sivil dünyanı sarsıdıb. Bu faciənin nəticələri millətçilik, dini düşmənçiliyin qızışdırılması və ksenofobiyanın nəyə gətirib çıxardığını aydın şəkildə göstərib”.

Rusiya lideri bu “faciə” ilə bağlı ölkəsinin hər zaman eyni mövqedə olduğunu diqqətə çatdırıb:

“Bu məsələdə Rusiyanın mövqeyi hər zaman dəyişməz olub. Belə ki, 1915-ci ilin mayında bu mövzu Rusiya, Fransa və Böyük Britaniyanın birgə bəyanatında öz əksini tapıb və erməni xalqına qarşı zorakılıq sivilizasiyaya və insanlığa qarşı cinayət kimi pislənib. Daha sonra isə yeni tarixi mərhələdə 14 aprel 1995-ci il tarixli Rusiya Dövlət Dumasının bəyanatında bu mövqe bir daha təsdiqlənib”.

Müraciətində erməni xalqını dost adlandıran Putin beynəlxalq ictimaiyyəti qondarma “soyqırımı”na qarşı birləşməyə çağırıb:

“İnsanların milli mənsubiyyətinə görə kütləvi şəkildə məhv edilməsi və deportasiya olunması siyasətinə heç bir bəraət yoxdur və ola da bilməz. Beynəlxalq ictimaiyyət belə barbarlığın heç bir yerdə və heç vaxt təkrarlanmaması üçün bütün səylərini birləşdirməlidir”.

Vəsilə İBRAHİM