“Qanun” Nəşriyyatının çap etdiyi "Nağıllar" kitabında ƏXLAQSIZ İFADƏLƏR - VİDEO

Övladına oxumaq üçün nağıl kitabı alan valideyn nəşrdəki qeyri-etik ifadələrdən narahatlığını dilə gətirib.

Oct 26, 2026 - 18:14
“Qanun” Nəşriyyatının çap etdiyi "Nağıllar" kitabında ƏXLAQSIZ İFADƏLƏR - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, ana həmin kitabdakı nağıllardan bəzi hissələri oxuyaraq videoya çəkib və görüntüləri sosial şəbəkədə paylaşıb.

Valideyn “Kömür alması” nağılında “lotular”, “oynaş” kimi sözlərin işlədilməsinə, eləcə də “Gah-gah dağında üç xiyara aşiq olasan” adlı nağılın başlığına etiraz edib və kitabın uşaqlara uyğun olmadığı qənaətinə gəlib.

Qeyd edək ki, sözügedən “Nağıllar və qaravəllilər” kitabını “Qanun” Nəşriyyatı çap edib. Nəşriyyat kitabı 6 yaşdan yuxarı (6+) uşaqlar üçün hazırladığını qeyd etsə də, nağıllardakı qeyri-etik ifadələrin həmin yaş aralığı üçün də uyğun olmadığı aydın görünür.

Banu