Rövşən Nəcəf qalmaqalı kadrından VAZ KEÇİR? - DETALLAR

Azərbaycanın beynəlxalq miqyasdakı strateji brendi olan SOCAR-ın xarici strukturlarında ciddi kadr təmizlənməsinə start verilir.

Oct 24, 2026 - 13:46
Rövşən Nəcəf qalmaqalı kadrından VAZ KEÇİR? - DETALLAR

SAVASHMEDİA.az vətəninfo.az-a istinadla xəbər verir ki, son illər ərzində Rumıniya mediasının manşetlərindən düşməyən, barəsində mütəmadi olaraq müxtəlif neqativ və ziddiyyətli xəbərlər yayılan “SOCAR Rumıniya”nın rəhbəri Ramil Əsədullazadə tutduğu yüksək vəzifədən azad edilir.

Məlumatda iddia edilir ki, son Rumıniya nəşrlərində şirkət rəhbərinin adı ilə bağlı yayılan müxtəlif tipli skandallar, korporativ etik normaları aşan hallar və son olaraq şirkətin kadrlar şöbəsinin rəhbəri ilə eşq macərası görüntüləri ölkə daxilində də geniş əks-səda doğurmuşdu. Məlumatda vurğulanır ki, Azərbaycanın qlobal iqtisadi maraqlarını təmsil edən dövlət korporasiyasının adının bu cür xoşagəlməz və şəxsi qalmaqallarla daimi olaraq gündəmdə olması rəhbərliyin səbrini tükədib.

Daxil olan məlumatlara iddia edilir ki, baş verən olayların Azərbaycanın beynəlxalq işgüzar nüfuzuna və SOCAR brendinə vurduğu zərbə diqqətə alınaraq, SOCAR prezidenti Rövşən Nəcəf tərəfindən Ramil Əsədullazadənin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı qəti qərarın yaxın günlərdə rəsmən elan ediləcəyi gözlənilir.

Ekspertlər hesab edirlər ki, bu qərar dövlət korporasiyalarının xarici nümayəndəliklərində idarəçilik edən şəxslərin iş prinsiplərinə, peşəkar etika və korporativ məsuliyyətə necə ciddi nəzarət olunacağının növbəti göstəricisi olacaq