OMON Yekaterinburqda daha bir azərbaycanlını öldürdü - ADI + DETALLAR
Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların evlərinə basqın zamanı daha bir azərbaycanlı öldürülüb.
SAVASHMEDİA,az xəbər verir ki, teleqraf-ın əldə etdiyi xəbərə görə, qətlə yetirilən Səfərov Kamal Qədiməli oğludur.
Kamal Səfərov basqın zamanı öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğludur.
Kamal Səfərov dünən Federal Təhlükəsizlik Xidməti tərəfindən tutulub aparılıb. O, həbsxanada işgəncə ilə qətlə yetirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Yekaterenburq şəhərində Federal Təhlükəsizlik Xidməti azərbaycanlıların evinə basqın edib, Ziyəddin və Hüseyn Səfərov qardaşlarını döyərək öldürüb.
Onlar tanınmış jurnalist və ədəbiyyatşünas Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Basqın zamanı bəzi soydaşlarımız ağır bədən xəsarətləri alıb, habelə 9 nəfər saxlanılıb.