OMON-çuların öldürdüyü azərbaycanlıların sayı 5-ə çatdı

Rusiyanın Yekaterinburq şəhərində öldürülən azərbaycanlıların sayı artıb.

Jun 28, 2025 - 13:32
OMON-çuların öldürdüyü azərbaycanlıların sayı 5-ə çatdı

Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Səfərovlar ailəsinin daha iki üzvü – Ayaz Möhbalı oğlu Səfərov və onun qardaşı Məzahir Möhbalı oğlu Səfərov xəstəxanada həyatlarını itiriblər.

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə Səfərovlar ailəsindən məlumat verilib.

Bununla da ötən gün baş verən basqın nəticəsində Səfərovlar ailəsində öldürülənlərin sayı 5-ə çatıb.