Küçədə ölü tapılan şairlə Kəramət Böyükçölü nə bağlayırmış? - Sən demə...
Xəbər verdiyimiz kimi, ötən gün şair Kəramət Şükürov küçədə ölü tapılıb.
SAVASHMEDİA.az xəbər verir ki, o, dünən saat 19-20 radələrində dünyasını dəyişib.
Şairin ölümündə kriminal halın olmadığı, təbii ölümün baş verdiyi bildirilir.
Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.
Şairin ölümü ilə bağlı sosial şəbəkə hesabında paylaşım edən yazıçı Kəramət Böyükçöl maraqlı məqama toxunub:
"Kəramət atamın tələbə yoldaşı və yaxın dostu idi. Gözəl bir şair idi. Elə misraları vardı, həmişə hər yerdə deyirdim. "Əynimdəki plaş ağarıb, ağarıb, axırda kəfənim olacaq". "Hadinin dörd əli vardı. İkisi ilə kitab satırdı. İkisi ilə üzünü tutmuşdu".
Kəramət tələbə vaxtı bizim kəndə qonaq gəlibmiş. Nənəmin onun adından xoşu gəlib. Atama deyibmiş ki, oğlun olsa, adını Kəramət qoyarsan. Sonra mən doğulmuşam. Adımı Kəramət qoyublar.
Bu gün isə aldığım xəbər məni çox sarsıtdı.
Adım öldü.
Ruhu şad olsun"
Yağmur
Kəramət Şükürov