Küçədə meyiti tapılan şair Kəramət Şükürovun ölüm səbəbi - Nə baş verib?

Xəbər verdiyimiz kimi, bu gün şair, jurnalist Kəramət Şükürov küçədə ölü tapılıb.

Aug 14, 2025 - 00:47
Küçədə meyiti tapılan şair Kəramət Şükürovun ölüm səbəbi - Nə baş verib?

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Qobustan” dərgisinin əməkdaşı, yazıçı Oqtay Əhmədov məlumat verib.

Şair, jurnalist Kəramət Şükürovun ölümü ilə bağlı bəzi detallar məlum olub. Belə ki, o, bu gün saat 19-20 radələrində dünyasını dəyişib.

APA-nın əldə etdiyi məlumata görə, şairin ölümündə kriminal hal yoxdur, təbii ölüm baş verib.

Qeyd edək ki, Kəramət Rza oğlu Şükürov 1 dekabr 1957- ci ildə Masallı rayonunun Göyçöl kəndində anadan olub.

Kəramət Şükürov