"Vernidub çox lazımsız sözlər danışırdı, yanımdan keçəndə isə..." - Rəşad Sadıqov

“Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Neftçi”yə məğlub olduqları oyundan sonra Yuri Vernidubla arasında yaşanan gərginlikdən danışıb.

Nov 27, 2026 - 22:44
"Vernidub çox lazımsız sözlər danışırdı, yanımdan keçəndə isə..." - Rəşad Sadıqov

SAVASHMEDİA.az xəbər verir ki, o, Verniduba barmaq silkələməsini xatırlamadığını desə də, ona iradlarını bildirdiyini gizlətməyib:

“Barmaq silkələməyim yadımda deyil. Ona dedim ki, lazımsız çox sözlər danışır. Dedim ki, “Neftçi”yə hörmətimə görə sizə heç nə demirəm. Amma düşünməyin ki, deməyə sözüm yoxdur. Ötən oyunda da çox yersiz danışmışdı. Amma “Neftçi”yə hörmətimizə görə susuruq. Bəzi açıqlamaları və sözləri ona yaraşmır.

Fasilədə də yanımdan keçərkən çox danışırdı. Nəsə desəydim, cavab verəcəkdi ki, sözləri mənə ünvanlamayıb. Halbuki məndən iki metr aralı keçirdi. Ona dedim ki, susmağımın səbəbi var: siz “Neftçi”dəsiniz və biz bu klubda çalışan hər kəsə hörmətlə yanaşacağıq”.

Qeyd edək ki, “Neftçi” – “Zirə” qarşılaşması meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oğuz