Ərdoğan "Beşiktaş" oyunundakı davaya görə prezidentə ZƏNG ETDİ
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Batumi şəhərində “Beşiktaş” azarkeşlərinə qarşı polis müdaxiləsindən sonra klubun prezidenti Serdal Adalıya zəng edib.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi açıqlamasında bildirilib.
Telefon danışığı zamanı Ərdoğan hadisələri yaxından izlədiyini bildirib, klub rəhbərliyinə və azarkeşlərə "keçmiş olsun" diləklərini çatdırıb.
Qeyd edək ki, “Beşiktaş”ın İsrail təmsilçisi “Hapoel” (Beer-Şeva) ilə qarşılaşması zamanı azarkeşlər arasında gərginlik yaranıb. Belə ki, “Beşiktaş” tərəfdarlarının tribunada Fələstin bayrağı açmasından sonra Gürcüstan polisi müdaxilə edib. Bu isə qarşıdurmaya səbəb olub.
Hadisələrə görə oyun təxminən 30 dəqiqə dayandırılıb.
Klub rəhbərliyi məsələ ilə bağlı UEFA və Batumidəki Türkiyə Baş Konsulluğu qarşısında müvafiq təşəbbüslərə başladığını açıqlayıb.
Oğuz