“Sabah” - “Barselona” oyununda ölən azarkeşin FOTOSU

Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.

Nov 26, 2026 - 11:36
Nov 26, 2026 - 11:37
“Sabah” - “Barselona” oyununda ölən azarkeşin FOTOSU

SAVASHMEDİA.az xəbər verir ki, teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə oyunun ikinci hissəsində Bakı Olimpiya Stadionunda qeydə alınıb.

Qarşılaşmanı tribunadan izləyən Rusiyanın Krasnoyarsk diyarından Bakıya gəlmiş 1987-ci il təvəllüdlü Anton Aleksandroviç Petrişşevin qəfil halı pisləşib. O, stadionda dünyasını dəyişib.

Mərhumun meyiti müayinə üçün morqa təhvil verilib.

İlkin ehtimala görə, azarkeşin ölümünə ürək tutması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.