Yük təyyarəsi Vilnüsdəki binanın üzərinə düşdü
Bu gün səhər saatlarında Litvanın paytaxtı Vilnüsdə DHL-ə məxsus yük təyyarəsi evin üzərinə düşüb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Qəza nəticəsində güclü yanğın baş verib.
Polis bildirib ki, təyyarənin Jirnyu küçəsində ikimərtəbəli yaşayış binasının üzərinə düşməsi barədə məlumat saat 5:31-də daxil olub.
Təyyarədə dörd nəfər olub: iki pilot və iki işçi. Xilasedicilər pilotu çıxarıb və o, özünə gəlib. Xəstəxanaya iki nəfər yaralı çatdırılıb, bir nəfər həlak olub.
Hadisə yerində hava limanının 7 avtosisteri və yanqınsöndürənləri çalışır. Yanğınsöndürənlər bildiriblər ki, binadakı dörd mənzildə cəmi 3 ailə yaşayıb, 12 nəfər təxliyə olunub.
DHL şirkətinin icarəyə götürdüyü təyyarə Leypsiqdən uçurmuş. “SWIFT Air” onun operator-şirkətidir.
Xatirə SADİQ