Baza kanalının baş redaktoru və jurnalistinin həbsi istənilib - Rusiyada

Rusiyanın Baza Telegram kanalının baş redaktoru Qleb Trifonov və kanalın jurnalisti Tatyana Lukyanova rüşvətxorluqda ittiham olunub. 

Jul 23, 2025 - 15:06
Baza kanalının baş redaktoru və jurnalistinin həbsi istənilib - Rusiyada

SAVASHMEDİA.az bu barədə “Kommersant” nəşrinə istinadən xəbər verir. 

Baş redaktorun vəkili Aleksey Mixalçikin sözlərinə görə, istintaq Moskvanın Zamoskvoretski Rayon Məhkəməsindən jurnalistlərin həbs edilməsini istəyib. Bu həbs-qətiimkan tədbirinin seçilməsi barədə iclas keçiriləcək. Baş redaktor Qleb Trifonov günahı rədd edir.

İstintaq Komitəsi iddia edir ki, jurnalistlər məlumat əldə etmək üçün Daxili İşlər Nazirliyinin ən azı üç regionundan olan əməkdaşlarına maaş veriblər. Rüşvət 100 min rublu ötməyib. Polis əməkdaşları saxlanılaraq vəzifə səlahiyyətlərindən sui-istifadədə iittiham olunublar. Sonradan iş rüsvət almaq haqqında maddə üzrə yenidən tövsif edilib. 

Dünən təhlükəsizlik qüvvələri Qleb Trifonovun mənzilində və “Baza”nın Moskva redaksiyasında axtarışlar aparıb. Telefonlar, kompüterlər və sənədlər götürülüb. Beş jurnalist saxlanılsa da, axşam saatlarında onlardan ikisi İstintaq Komitəsindən buraxılıb. 

Xatirə SADİQ