Polad Həşimovun anası ilə bağlı ÜZÜCÜ XƏBƏR - Qızı TƏSDİQLƏDİ

Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhətində problem yaranıb. 

Nov 4, 2026 - 22:34
Nov 4, 2026 - 22:58
Polad Həşimovun anası ilə bağlı ÜZÜCÜ XƏBƏR - Qızı TƏSDİQLƏDİ

SAVASHMEDİA.az xəbər verir  ki, bu haqda medianews-a məlumat daxil olub.

Məlumatda onun xəstəxanaya  yerləşdirildiyi də qeyd edilib. 

Xəbərin doğru olub olmadığını öyrənmək üçün sayt Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova ilə əlaqə saxlayıb.

Kəmalə xanım xəbəri təsdiqləyərək anasının hazırda xəstəxanada müalicə aldığını bildirib:

“Anamın səhhətində yaranan problemlər elə bir vəziyyətə çatdı ki, xəstəxanaya çatdırmağa məcbur olduq. Şəkər problemi, böyrək, ürək çatışmazlığı və digər daxili orqanlarında çox böyük problemlər yaranıb. Görünür, yaşadığı üzüntülər, stress və digər problemlər üst-üstə yığılıb və bir yerdən vurub üzə çıxıb. O da bu günlərə təsadüf edib. Hazırda Sumqayıtda 2 nömrəli şəhər xəstəxanasında müalicə alır. Sağ olsunlar, həkim kollektivi, xəstəxana rəhbərliyi anama böyük diqqət və qayğı göstərir. Anamın müayinə və müalicəsini yüksək səviyyədə təşkil ediblər. 

Səhhətində bir az irəliləyiş var. Ümid edirəm ki, anam həkimlərin səyi, onu sevənlərin duaları və Allahın köməyi ilə daha da yaxşı olacaq”.