Ağız qoxusunun səbəbləri, müalicə üsulları 

Ağızdan pis qoxunun gəlməsi sosial həyatımıza təsir edir, diskomfort yaradır. Pis qoxuya görə insanlarla ünsiyyət qura, hətta çox zaman gülə də bilmirik. 

Feb 18, 2025 - 23:08
Ağız qoxusunun səbəbləri, müalicə üsulları 

Ağız qoxusunun səbəbləri insandan insana dəyişir. 

Siqaret və spirt istifadəsi, uzun müddət susuz və ac qalmaq, sinuslarda və ağciyərlərdə baş verən infeksiyalar, diabetin əks təsirləri, sarımsaq, dəniz məhsulları və soğan kimi kəskin qoxuları olan qidaları qəbul etmək, böyrək çatışmazlığının əks təsirləri, ağız boşluğu təmizliyinə lazımi diqqət yetirməmək, dişdə və diş ətində, damaqda iltihabı proseslər, dişlər arasında qalan qalıqlar, dərmanların daimi istifadəsi ağızdan pis qoxu gəlməsinə səbəb ola bilər.

SAVASHMEDİA.az ağızdan gələn pis qoxunu aradan qaldırmağın 9 üsulunu təqdim edir:

Bol su içmək

Quru ağız boşluğu pis qoxuya səbəb olur. Bu vəziyyətin qarşısını almaq üçün bol su içmək lazımdır. Suyun içinə darçın və ya nanə də əlavə edib içə bilərsiniz.

Saqqız və ya mixək

Ağız qoxusunu qısa müddətə aradan qaldırmaq üçün saqqız və ya mixək çeynəyə bilərsiniz. Xüsusilə yeməkdən sonra ağız qoxusundan mixək çeynəyərək qurtulmaq olar.

Qarqara

Limonlu su içmək və ya ağızı limonlu su ilə qarqara etmək ağız boşluğundakı bakteriyaları məhv edir. 

Alma sirkəsi

Ağız qoxusunu alma sirkəsi ilə də aradan qaldırmaq olar. Bir stəkan suya bir qaşıq alma sirkəsi əlavə edib içsəniz, pis qoxudan qurtulacaqsınız. Alma sirkəsi sadəcə ağız qoxusunu deyil, həm də mədədə və ağız boşluğundakı bakteriyaları məhv edəcəkdir. Alma sirkəsini eyni qaydada qarqara üçün də istifadə edə bilərsiniz.
 
Dişləri fırçalamaq

Gündə iki dəfə səhər və axşam dişləri fırçalamaq mütləqdir. Bunun üçün keyfiyyətli diş pastası və fırçası seçməlisiniz. Dişlərə qulluq etməklə ağız qoxusundan xilas ola bilərsiniz.

Yüksək lifli qidalar 

Lifli qidaların istehlakı həzm sistemini tənzimləyir və həmçinin ağız bakteriyaları ilə mübarizə aparır. Bu səbəbdən kök, brokoli və alma istehlak edilməlidir. Bu qidalar dişlərinizi təmizləyərkən əmələ gələn bakteriyaları da məhv edəcək.

Şüyüd

Ağız qoxusunu aradan qaldıran bitkilərdən biri də şüyüddür. Şüyüdü dəmləyib çay kimi istifadə edə bilərsiniz 

Çay ağacı yağı 

Diş fırçanıza bir damcı çay ağacı yağı tökün və onunla dişlərinizi fırçalayın. Tezliklə nəfəsinizin daha təravətli və təmiz olduğunu hiss edəcəksiniz.

Soda 

Ağız boşluğunu soda ilə qarqara etmək həm bakteriyalardan, həm də pis qoxudan qurtulmağa kömək edir. Bundan əlavə, dişinizi az miqdarda soda ilə fırçalaya da bilərsiniz. Bu, pis qoxunu aradan qaldırmaqla yanaşı, ağızdakı bakteriyaları da məhv edəcəkdir.

Qeyd: Təbii üsullar təsir göstərmirsə, mütləq həkimə müraciət etmək lazımdır!

Yağmur