Abşeronda özünə antibiotik vuran qadın öldü - VİDEO
Abşeronda özünə antibiotik vuran qadın dünyasını dəyişib.
SAVASHMEDİA.az "Xəzər" TV-yə istinadən məlumat verir ki, qonşuların sözlərinə görə, 42 yaşlı Gülnarə Cahangirova Yasamal rayon qeydiyyatında olsa da, Xırdalanda yaşayırmış.
İddiaya görə, son günlərdə havaların soyuq keçməsi onun səhhətinə pis təsir edib və apteklərin birindən özünə antibiotik iynəsi alıb. Evdə iynədən sonra halı pisləşən qadın dünyasını dəyişib.
Hadisənin hansı şəraitdə və necə baş verdiyi araşdırılır.
Ətraflı süjetdə: