Türk və yəhudi azarkeşlər Batumi hava limanında DALAŞIBLARMIŞ - VİDEO

Gürcüstanın Batumi hava limanında Türkiyənin “Beşiktaş” və İsrailin “Hapoel Beer-Şeva” futbol klublarının azarkeşləri arasında gərginlik yaşanıb.

Nov 28, 2026 - 17:15
Türk və yəhudi azarkeşlər Batumi hava limanında DALAŞIBLARMIŞ - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, hadisə əlverişsiz hava şəraiti səbəbindən hər iki komandanın tərəfdarlarının Gürcüstanda qalması zamanı baş verib.

İsrail mətbuatının məlumatına görə, “Beşiktaş” azarkeşləri hava limanında İsrail tərəfdarlarına qarşı şüarlar səsləndirərək onları təxribata çəkməyə çalışıblar. Buna cavab olaraq “Hapoel Beer-Şeva” azarkeşləri İsrail bayrağı qaldırıblar.

Yaranmış gərginliyə müdaxilə edən Gürcüstan polisi tərəfləri bir-birindən ayırıb. 

Qeyd edək ki, noyabrın 26-da Batumidə keçirilən “Beşiktaş” - “Hapoel Beer-Şeva” oyunu da tribunada baş verən insidentlərə görə müvəqqəti dayandırılmışdı. Qarşılaşma Türkiyə təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Aytən