Çempion bu komanda olacaq - Qurban Qurbanovun proqnozu

"Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov dünya çempionatında hansı komandaya azarkeşlik etdiyini açıqlayıb.

Jun 25, 2026 - 00:03
Çempion bu komanda olacaq - Qurban Qurbanovun proqnozu

SAVASHMEDİA.az xəbər verir ki, o, bu barədə "CBC Sport”a müsahibəsində fikirlərini bildirib. 

Təcrübəli mütəxəssis İspaniyanın çempionluğunu istədiyini deyib: "Azarkeşlik etdiyim İspaniyanın çempion olmağını istəyirəm. Amma digər favoritlər də var. Almaniya, Fransa, İngiltərə favoritlərdir. Mənim üçün bu barədə fikir bildirmək çətindir. Fikrimdə qalıram ki, İspaniya çempion olar”.