Məşhur şahmatçı qəfil vəfat etdi - FOTO

ABŞ-li qrossmeyster, şahmat şərhçisi Daniel Naroditski qəfil vəfat edib.

Oct 22, 2025 - 15:03
Məşhur şahmatçı qəfil vəfat etdi - FOTO

SAVASHMEDİA.az xəbər verir ki, məşhur şahmatçının ölümü ilə bağlı xəbəri “Charlotte Chess Center” yayıb.

“Danielin ani vəfatından dərin kədər duyuruq” yazan Mərkəz 29 yaşlı qrossmeysterin ölüm səbəbini açıqlamayıb.

Qeyd edək ki, Naroditski dövrünün ən bacarıqlı şahmatçılarından biri sayılırdı. O, 18 yaşında qrossmeyster adını alıb.

Banu

Fotoda: Daniel Naroditski