Sabah bu ərazidə işıq olmayacaq
Noyabrın 28-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda elektrik enerjisinin verilişində fasilə olacaq.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) bildirilib.
Qeyd olunub ki, sabah 110/35 kV-luq Xalxal yarımstansiyasından çıxan 35 kV-luq Şahbuz hava elektrik xəttində təmir işləri aparılacaq.
Bununla əlaqədar saat 10:00-dan 13:00-dək rayon ərazisində elektrik enerjisinin verilişi dayandırılacaq.