Yeni il tətilində neçə gün iş olmayacaq? - TARİXLƏR
2026-cı ilin dekabr ayında Azərbaycanda beşgünlük iş həftəsi ilə çalışanlar ümumilikdə 10 gün istirahət edəcəklər.
SAVASHMEDİA.az xəbər verir ki, dekabrda 5 şənbə və 4 bazar günü olmaqla, 9 həftəsonu günü var.
Bundan əlavə, dekabrın 31-i – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü də qeyri-iş günüdür.
Yanvarın 1-i və 2-si Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Yanvarın 2-si şənbə gününə təsadüf etdiyindən, yanvarın 4-ü də istirahət günü olacaq.
Beləliklə, 31 dekabr 2026-cı ildən 4 yanvar 2027-ci ilədək ardıcıl 5 gün qeyri-iş günü olacaq.
Oğuz