ABŞ-ni yeni müharibəyə çəkmək istəyirlər - Əraqçidən İsrailə ittiham 

İranın xarici işlər naziri Abbas Əraqçi İsraili Tehranın kimyəvi silah hazırlaması ilə bağlı iddialarla ABŞ-ni yeni müharibəyə cəlb etməyə çalışmaqda ittiham edib.

Nov 26, 2026 - 12:20
ABŞ-ni yeni müharibəyə çəkmək istəyirlər - Əraqçidən İsrailə ittiham 

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Əraqçi sosial şəbəkədəki paylaşımında İsrailin İranın əczaçılıq müəssisələrində kimyəvi silah hazırladığı barədə iddialarını təkzib edib. O, bu açıqlamaların ABŞ-ni İranla müharibəyə sürükləmək məqsədi daşıdığını bildirib.

İranlı nazir ölkəsinin Kimyəvi Silahların Qadağan Edilməsi Təşkilatının üzvü olduğunu xatırladaraq İsraili beynəlxalq konvensiyalara qoşulmamaqda ittiham edib.

Əraqçinin açıqlaması İsrailin müdafiə naziri İsrael Katsın noyabrın 24-də İranın kimyəvi silah hazırladığı barədə iddialarından sonra səslənib. Kats mümkün təhlükənin qarşısını almaq üçün qabaqlayıcı zərbə variantını da istisna etməyib.

Qeyd edək ki, İsrailin İranla bağlı kimyəvi silah iddiaları müstəqil şəkildə təsdiqlənməyib. Tehran isə bu ittihamları hərbi müdaxiləyə zəmin yaratmaq cəhdi kimi qiymətləndirir.

Aytən