Kilian Mbappe Ronaldonun rekordunu YENİLƏDİ

“Real Madrid”in fransalı hücumçusu Kilian Mbappe klubun tarixində yeni uğura imza atıb.

Nov 25, 2026 - 21:27
Kilian Mbappe Ronaldonun rekordunu YENİLƏDİ

SAVASHMEDİA.az xəbər verir ki, 27 yaşlı futbolçu UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda PSV ilə matçda iki qol vuraraq komandasının 5:1 hesablı qələbəsinə töhfə verib.

Bu dubl sayəsində Mbappe Madrid klubunun heyətində vurduğu qolların sayını 105-ə çatdırıb və braziliyalı Ronaldo Nazarioya məxsus göstəricini geridə qoyub.

Belə ki, Ronaldo “Real Madrid”də keçirdiyi 177 oyunda 104 dəfə fərqlənmişdi. Mbappe isə bu nəticəni cəmi 121 qarşılaşmada üstələyib.

Fransalı hücumçu hazırda klubun bütün dövrlərin ən yaxşı bombardirləri siyahısında 19-cu yerdədir. O, 106 qolla 18-ci sırada olan Qaret Beyli də geridə qoymağa çalışacaq.

Xatırladaq ki, Mbappe 2024-cü ilin yayında PSJ-dən “Real Madrid”ə transfer olunub. O, cari mövsümdə keçirdiyi 18 oyunda 19 qol vurub. Hücumçu Çempionlar Liqasının Liqa mərhələsində isə indiyədək bütün beş turda fərqlənərək hesabına 6 qol yazdırıb.

Banu