“Çox məyusam, oynamaq istəyirdim” – Messi millidən uzaqlaşdırıldı
Lionel Messi Argentina millisindən uzaqlaşdırılıb.
SAVASHMEDİA.az xəbər verir ki, Messi zədə səbəbindən Dünya Çempionatının seçmə mərhələsinin Braziliya və Uruqvay matçlarında iştirak edə bilməyəcək.
Messi verdiyi açıqlamada vacib matçları buraxacağı üçün məyus olduğunu bildirib:
"Oynamağı çox istəyirdim, amma zədəli olduğum üçün dincəlməyə ehtiyacım var.Komandanın yanında ola bilməyəcəyəm. Lakin hər azarkeş kimi Argentinanı dəstəkləyəcəyəm. İrəli Argentina!”
Banu