Mourinyo "Fənərbağça"nın əleyhinə danışdı - "Ən böyük səhvim idi"

"Benfika" klubuna baş məşqçi təyin olunan Joze Mourinyo danışmağa və "Fənərbağça" əleyhinə açıqlamalar verməyə başlayıb.

Sep 18, 2025 - 21:12
Mourinyo "Fənərbağça"nın əleyhinə danışdı - "Ən böyük səhvim idi"

SAVASHMEDİA.az xəbər verir ki, indiyə qədər susqunluğunu qoruyan Mourinyo ilk dəfə ürəyini boşaldıb.

Joze sabiq klubu haqqında bunları deyib: "Fənərbağça"ya keçmək mənim böyük səhvim idi, lakin son günə qədər əlimdən gələni etdim. "Fənərbağça"da hər şey asan idi. Dördlü müdafiə oynamaq istəyirdim, ancaq transferlər nədənsə mən gedəndən sonra edildi".

O, "Benfika"ya keçidini belə dəyərləndirib: "Məim üçün "Benfika"ya keçmək öz səviyyəmə qayıtmaq deməkdir".

Oğuz