İsrail təkidlə istəyir, Türkiyə vermir - O yazıların sirri nədir?   

İsrail uzun illərdir, “Siloam kitabəsi”nin (Siloam yazıları) əslini Türkiyədən almaq istəyir.

Sep 18, 2025 - 22:26
İsrail təkidlə istəyir, Türkiyə vermir - O yazıların sirri nədir?   

SAVASHMEDİA.az xəbər verir ki, İsrail dövləti kitabənin nüsxəsini hazırlatdıraraq Hizkiya tunelinə yerləşdirib.

Bəs İsrailin təkidlə istədiyi “Siloam kitabəsi” nədir və orada nədən bəhs olunur?

Əvvəla onu qeyd edək ki, İsrailin bu daş kitabəni dəfələrlə istəməsinin səbəbi onu “müasir yəhudi dövlətinin sübutu” olaraq qəbul etməsidir.

Eramızdan əvvəl VII əsrdə Yəhuda krallığının hökmdarı olan Ezekiel ölkənin şərqində yerləşən Assur dövlətini təhlükə olaraq görürdü. Həmin vaxt Assur dövləti Sennaxeribin hakimiyyəti altında idi. Ezekiel mümkün müharibə zamanı Yerusəlim əhalisinin içməli su ehtiyatını  təmin etmək üçün iş görmək lazım olduğunu anlayırdı. Buna görə də Yerusəlim şəhərinin divarlarının altından tunel qazdıraraq Siloa su anbarını Gihom bulağı ilə birləşdirdi. 

Tunelin inşası bitdikdən sonra ortasına ivrit əlifbası ilə Finikiya dilində daş kitabə qoyuldu. Bu kitabəni “Siloam” adlandırdılar. Assur kralı Yerusəlimi mühasirəyə alır. Siloa su anbarının hesabına Yəhuda dövləti uzun müddət mübarizəni davam etdirir. Lakin nəticədə, Yəhuda krallığı məğlub olur, əsir düşən Ezekiel sonuncu Yəhuda kralı kimi tarixə düşür.

Siloam kitabəsində tunelin inşasından, işçilərin necə işləməsindən, inşa zamanı başlarına gələn hadisələrdən və iki kralın – Ezekiel və Sennaxeribin-  qarşılaşmasından bəhs olunur.  

Fotoda “Siloam kitabəsi”

Kitabə Osmanlı dövlətinin dövründə Yerusəlimdən İstanbula aparılıb, 1882-ci ildən isə İstanbul Arxelogiya Muzeyində sərgilənir. Kitabəni Milli İstihbarat Təşkilatının (MİT) əməkdaşları qoruyur.

Kitabənin Türkiyədən alınması ilə bağlı ilk addımı 1998-ci ildə Netanyahu atıb. Lakin həmin dövrdə Türkiyənin Baş naziri olan Məsud Yılmaz təklifi rədd edib. 

2007-ci ildə Yerusəlim şəhərinin bələdiyyə sədri Uri Lupolianski “xoş niyyət jesti olaraq” kitabənin İsrailə geri verilməsini təklif edib. Türkiyə yenidən “yox” cavabını verib.

Eyni ildə İsrail Prezidenti Şimon Peres həmkarı Abdullah Güldən kitabəni İsrail dövlətinin 70 illik yubileyi münasibətlə təşkil olunacaq mərasimlərdə sərgiləmək üçün bir müddətlik istəyib. Abdullah Gül razılıq versə də, sonradan Qəzza məsələsi ilə bağlı fikrini dəyişib.

2017-ci ildə İsrailin mədəniyyət naziri Miri Reqev kitabənin qarşılığında Türkiyəyə iki fil təklif edib, lakin rədd cavabı alıb.

2022-ci ildə İsrail Prezidenti İshaq Hersoq Türkiyə səfəri zamanı məsələni yenidən qaldırıb, lakin türkiyəli səlahiyyətlilər bunun müzakirə mövzusu belə olmadığını bildiriblər.

Banu