“Qalatasaray” istəyirdi, “Fənərbağça”ya gedəcək

"Mançester Siti" Manuel Akanjiyə "Fənərbağça" ilə danışıqlar aparmağa icazə verib.

Jul 27, 2025 - 23:25
“Qalatasaray” istəyirdi, “Fənərbağça”ya gedəcək

Bu barədə ingilis jurnalist Qrem Beyli məlumat yayıb.

Akanji ilə "Qalatasaray" da yaxından maraqlanırdı. İsveçrəli müdafiəçi Türkiyəyə gəlməyə müsbət yanaşır.

Akanji 2022-ci ilin yayından "Mançester Siti"də çıxış edir. O, burada 136 oyuna çıxıb və 5 qol vurub. 2 il öncə "şəhərlilər"lə Çempionlar Liqasının qalibi olub. (Offsideplus.az)