CAS "Turan Tovuz"la bağlı QƏRARINI VERDİ - RƏSMİ
İdman Arbitraj Məhkəməsi (CAS) "Turan Tovuz" klubunun müraciəti ilə bağlı yekun qərarını açıqlayıb.
SAVASHMEDİA.az xəbər verir ki, klubun yaydığı məlumata görə, CAS UEFA-nın Apellyasiya Orqanının iyunun 2-də "Turan Tovuz" barədə qəbul etdiyi qərarı qüvvədə saxlayıb.
İyunun 15-də elan olunan qərara əsasən, Tovuz təmsilçisi bütün idman prinsiplərinə uyğun şəkildə qazandığı hüquqa baxmayaraq, UEFA Konfrans Liqasının 2025/2026 mövsümündə iştirak edə bilməyəcək.
Klub açıqlamasında bildirib ki, bununla da beynəlxalq turnirdə çıxış etmək üçün etdiyi hüquqi mübarizə nəticəsiz qalıb və UEFA-nın əvvəlki qərarı dəyişdirilməyib.
Qeyd edək ki, "Turan Tovuz" məsələ ilə bağlı UEFA-nın qərarından narazı qalaraq İdman Arbitraj Məhkəməsinə müraciət etmişdi.
Aytən