ABŞ-də qalmaqal, Lavrovla eyni fotoda çəkilmək istəmədilər - Fotosessiya LƏĞV OLUNDU

ABŞ-nin Atlanta şəhərində keçirilən G20 xarici işlər nazirlərinin toplantısında Rusiya ilə bağlı diplomatik gərginlik yaşanıb.

Oct 31, 2026 - 00:24
ABŞ-də qalmaqal, Lavrovla eyni fotoda çəkilmək istəmədilər - Fotosessiya LƏĞV OLUNDU

SAVASHMEDİA.az xəbər verir ki, Avropa ölkələrinin nümayəndələri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birlikdə ənənəvi xatirə fotosunda çəkilmək istəməyiblər.

Bu etirazdan sonra ABŞ dövlət katibi Marko Rubio toplantı çərçivəsində nəzərdə tutulan birgə fotosessiyanı ləğv edib.

Avropa diplomatlarının etirazına səbəb Lavrovun Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda toplantıda iştirak etməsi olub. Almaniyanın xarici işlər naziri Yohann Vadeful Rusiya ilə münasibətlərdə normallaşmadan danışmağın mümkün olmadığını bildirib.

Polşanın xarici işlər naziri Radoslav Sikorski isə fotosessiyanın ləğvini düzgün qərar adlandırıb. O, Lavrovla eyni fotoda görünmək istəməyən yeganə şəxsin özü olmadığını vurğulayıb.

Oğuz