Putin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcəklər.

Dec 21, 2025 - 12:43
Putin Azərbaycan və Ermənistan prezidentləri ilə görüşəcək

SAVASMEDİA.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin iki gün ərzində iştirakçı ölkələrin liderləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək:

“Bu görüşlər mütləq olacaq, çünki Putin bu iki gün ərzində hər kəslə ayrıca ünsiyyət quracaq”.

Aytən