“Əsəd Moskvaya qaçanda düşünürdü ki..." - Suriyanın müdafiə naziri

“Əlverişli olarsa, Rusiyanın Suriyadakı bazalarını saxlamasına icazə veriləcək”.

Feb 7, 2025 - 15:02
“Əsəd Moskvaya qaçanda düşünürdü ki..." - Suriyanın müdafiə naziri

SAVASHMEDİA.az xəbər verir ki, bunu Suriyanın müdafiə naziri Murhaf Əbu Kasra “The Washington Post” qəzetinə müsahibəsində deyib. 

Onun sözlərinə görə, ölkənin maraqlarına cavab verənədək Suriya Rusiya bazalarının saxlanmasına açıqdır. 

Rusiyanın ötən ilin dekabrında Dəməşqə doğru irəliləyən üsyançı qüvvələrə qarşı zərbələrini şərh edən müdafiə naziri belə cavab verib: “Siyasətdə daimi düşmənlər yoxdur”. 

Yeni hakimiyyətin Rusiyadan Suriyanın keçmiş prezidenti Bəşər Əsədin ekstradisiyasını tələb edib-etmədiyi sualını cavablandırarkən Əbu Kəsra təsdiqləyib ki, Əsədin məsuliyyəti məsələsi hakimiyyət dəyişikliyindən sonra Rusiya nümayəndə heyətinin ilk səfəri zamanı qaldırılıb.

“Bəşər Əsəd Rusiyaya getməyə qərar verəndə bizim ruslarla razılığa gəlməyimizin qeyri-mümkün olduğunu düşünürdü. Ola bilsin ki, onlarla münasibətlər ilk növbədə Suriyanın, sonra isə onların maraqlarına cavab verəcək şəkildə bərpa olunacaq”.

Xatirə SADİQ