Generala yüksək vəzifə verildi – I və II Qarabağ müharibəsinin iştirakçısıdır

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyinat olub.

Dec 13, 2025 - 12:13
Generala yüksək vəzifə verildi – I və II Qarabağ müharibəsinin iştirakçısıdır

SAVASHMEDİA.az xəbər verir ki, bu barədə müvafiq Əmr imzalanıb.

Əmrə əsasən, general-mayor Elmir İbrahimov Baş Hərbi İnspeksiyanın rəisi təyin edilib.

Qeyd edək ki, həmin vəzifədə əvvəlki rəis general-leytenenat Zakir Ağayev idi. O, ötən il təqaüdə göndərilib.

Yeni rəis Elmir İbrahimov isə əvvəllər Daxili Qoşunların N saylı hərbi hissəsinin komandiri olub. Daha sonra Müdafiə Nazirliyində xidmətini davam etdirib. General Birinci və İkinci Qarabağ müharibəsi işitirakçısıdır. Vətən müharibəsinə xüsusi təyinatlı komandir kimi qatılıb. (qafqazinfo)