Ermənistan parlamentində gərgin anlar - VİDEO

Ermənistan Milli Assambleyasının (parlament) bugünkü iclasında müxalif deputat Edqar Kazaryanla parlamentin spikeri Ruben Rubinyan arasında gərginlik yaşanıb.

Oct 27, 2026 - 14:11
Ermənistan parlamentində gərgin anlar - VİDEO

SAVASHMEDİA.az xəbər verir ki, insident “Güclü Ermənistan” blokunun deputatı Edqar Kazaryanın çıxışı zamanı baş verib.

Belə ki, deputat çıxışı zamanı spiker Ruben Rubinyanı tənqid edib. Rubinyan Kazaryandan bir neçə dəfə müzakirə olunan gündəlik üzrə danışmasını istəyib. Lakin müxalif deputat spikerin tələbinə əməl etməyib.

Bundan sonra Rubinyan onun mikrofonunun söndürülməsini tapşırıb. Hadisənin davamında Kazaryan təhlükəsizlik xidməti əməkdaşlarının müşayiəti ilə tribunadan uzaqlaşdırılıb.

Banu