Rusiya səfirliyinə dron vasitəsilə boya atıldı – Stokholmda
Bu gün naməlum dron Stokholmdakı Rusiya səfirliyinin üzərindən uçaraq kompleksin ərazisinə boya atıb.
SAVASHMEDİA.az xəbər verir ki, bu barədə “Reuters”ə istinadən “Azadlıq radiosu” məlumat yayıb.
Yerli polisin məlimatına görə, insident səhər erkən baş verib. Heç kim saxlanılmayıb, şübhəli şəxs yoxdur. İstintaq bu hadisənin İsveçin Moskvadakı səfirliyində vandalizm aktı ilə bağlı olub-olmadığını yoxlamaq niyyətindədir.
Rusiyanın İsveçdəki səfirliyi hərtərəfli, qərəzsiz araşdırmaya çağırıb və əlavə edib ki, bu, Rusiya diplomatik missiyasına qarşı ilk insident deyil.
Xatırladaq ki, bir gün əvvəl Moskvada bir neçə gənc səhər Moskvada bir neçə gənc İsveç səfirliyinin Mosfilmovskaya küçəsindəki binasına yaxınlaşaraq diplomatik missiyaya doğru boya butulkaları atmağa başlayıblar. Hücum edən şəxslər yerindəcə saxlanılıb.
“Mash” teleqram kanalı yazıb ki, ilkin məlumata görə, onlar İsveç hökumətinin yaxın vaxtlarda Ukraynaya döyüş sursatının tədarükünü artırmaq barədə bəyanatına görə binanı rəngləyiblər.
İsveçin xarici siyasət idarəsi Moskvanı səfirliyin və əməkdaşlarının mühafizəsini təmin etməyə çağırıb.
Xatirə SADİQ