Epşteyn işi üzrə materiallar dərc olunacaq - Konqres qərar verdi

ABŞ Nümayəndələr Palatası skandallı maliyyəçi Ceffri Epşteyn işi ilə bağlı materialların dərcini məcburi edən qanun layihəsini böyük səs çoxluğu ilə təsdiqləyib.

Nov 19, 2025 - 01:31
Epşteyn işi üzrə materiallar dərc olunacaq - Konqres qərar verdi

SAVASHMEDİA.az xəbər verir ki, “Epşteyn materiallarının şəffaflığı aktı” adlanan sənədin lehinə 427 konqresmen səs verib, yalnız bir nəfər əleyhinə çıxış edib.

Qanun layihəsi Senata göndərilib. Bildirilir ki, səsvermə həm demokratların, həm də bir sıra respublikaçıların, o cümlədən Marjori Teylor Qrin və Tomas Massinin təzyiqi nəticəsində mümkün olub. Onlar “discharge petition” mexanizmindən istifadə edərək Nümayəndələr Palatasının spikeri Mayk Consonun mövqeyini keçməyə nail olublar və məsələ səsverməyə çıxarılıb.

Epşteyn 2002–2005-ci illərdə Nyu-Yorkdakı malikanəsinə və şəxsi adasına onlarca yeniyetmə qızın səfərlərini təşkil etməkdə ittiham olunurdu. İstintaqın məlumatına görə, dəvət edilənlər arasında ən gənc qızın 14 yaşı olub. 2019-cu ilin avqustunda Epşteyn həbsxanada yarı huşsuz vəziyyətdə tapılıb və həyatını xilas etmək mümkün olmayıb.

Aytən