Macarıstan Avropa Məhkəməsinə verildi
Avropa Komissiyası (AK) “suverenliyin müdafiə olunması haqqında” macar qanununa görə Avropa Məhkəməsində Macarıstana qarşı iddia qaldırıb.
SAVASHMEDİA.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə AK-ın mətbuat xidməti məlumat yayıb.
AK hesab edir ki, bu qanun Avropa İttifaqının (Aİ) qanunvericiliyi ilə ziddiyyət təşkil edir. Belə ki, qanun Aİ Nizamnaməsinin şəxsi və ailə həyatına hörmət hüququ, ifadə və məlumat azadlığı, birləşmək azadlığı, hüquqi peşəkar imtiyaz hüququ, o cümlədən təqsirsizlik prezumpsiyası ilə bir araya sığmır.
AK qeyd edib ki, fevral ayında rəsmi Budapeştə bununla bağlı narahatlıq çatdırılıb, lakin Macarıstandan alınan cavab qənaətbəxş olmayıb. Bundan sonra may ayında Budapeştə əsaslandırılmış rəy göndərilib. Brüssel hesab edib ki, qanun Aİ Xartiyasında və ittifaqın məlumatların mühafizəsi qanunvericiliyində təsbit olunmuş fundamental hüquqları pozur.
Macarıstan tənqidlərlə razılaşmayıb.
Xatirə SADİQ